RU

“Qarabağ” və “Qalatasaray” eyni hücumçunu istəyir

“Qarabağ” heyətinə yeni hücumçu cəlb edə bilər.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “Goal.kz” portalı məlumat yayıb. 

Bildirilib ki, Ağdam klubu “Han-Tenqri” klubunun hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

“Qarabağ”la yanaşı “Qalatasaray” da Hüseyni heyətinə qatmaq niyyətindədir. 

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçunun hələ yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla, onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov digər yerli özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

"Cebheinfo.az"

Избранный
53
7
cebheinfo.az

10Источники