RU

Ağ Ev İran müxalifətinə hərbi dəstək məsələsini müzakirə edir

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

"MKİ İranda xalq üsyanını qaldırmaq məqsədi ilə kürd qüvvələrini silahlandırmaq üzərində işləyir"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan qaldırmaq üçün kürd qüvvələrinə silah tədarük etmək üzərində işləyir. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, "MKİ İranda xalq üsyanını qaldırmaq məqsədi ilə kürd qüvvələrini silahlandırmaq üzərində işləyir".

Qeyd olunub ki, Tramp administrasiyası İran müxalifət qrupları və İraqdakı kürd liderləri ilə onlara hərbi dəstək vermək barədə fəal danışıqlar aparır.

Kanalın mənbələrindən birinin məlumatına görə, Tramp çərşənbə axşamı İran Kürdüstan Demokrat Partiyasının sədri Mustafa Hicri ilə danışıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
ayna.az

1Источники