RU

İnter fransız müdafiəçi üçün danışıqlara start verdi

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"İnter" yay "transfer pəncərəsi" üçün əsas transfer hədəfini müəyyən edib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "nerazzura" "Udineze"nin müdafiəçisi Omar Soleni prioritet hədəf kimi nəzərdən keçirir.

Mövsümün sonunda təcrübəli Stefan de Vreyin komandadan ayrılma ehtimalı olduğu üçün "İnter" Soleyə görə "Udineze" ilə danışıqlara start verib.  

Omar “Laval”, “Lion”, “Zaltsburq” klublarında oynadıqdan sonra 2025-ci ildə “Udineze”yə keçib.

Onun Udine təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
sportal.az

3Источники