RU

Aktyor olmaq istəyənlər üçün “Workshop” təşkil olunub - FOTOLAR

“Çoban Yıldızı Film Akademisi” daha bir yeniliyə imza atıb.

 "Cebheinfo.az" xəbər verir ki, fevralın 28-də “Park Bulvar” ərazisində akademiyanın növbəti “Workshop”u təşkil olunub.

Tədbirdə aktyorluq dərsləri, dram məşğələləri, kamera önü təlimləri, ibtidai aktyorluq və dinamik janr üzrə proqramlar barədə ətraflı məlumat verilib.

“Workshop”da Türkiyənin tanınmış incəsənət xadimi, yaratdığı obrazlarla tamaşaçıların yaddaşında iz qoyan Sebahat Adalar da iştirak edib.

O, “Park Bulvar”da toplaşan izləyicilərə sənətin incəlikləri barədə dəyərli tövsiyələrini bölüşüb.

Tədbirə təşrif buyuranlar arasında tanınmış teleaparıcı və fenomen Hacı Nuran da yer alıb.

“Workshop”un fəaliyyəti ilə yaxından tanış olan Hacı Nuran iştirakçılara burada təqdim olunan xidmətlərdən səmərəli şəkildə yararlanmağı tövsiyə edib.

Избранный
7
1
cebheinfo.az

2Источники