RU

Sürətli pul köçürmə sistemləri ilə əməliyyatların həcmi məlum olub

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürməsistemləri ilə banklara 209,3 min ədəd əməliyyat üzrə 120,7 milyonmanat vəsait daxil olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədəaparılmış əməliyyatlar üzrə 2,6 min ədəd və ya 1,2% az, vəsaithəcmi üzrə isə 24,3 milyon manat və ya 25,2% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 576,5 manat təşkiledib ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən121,7 manat və ya 26,8% çoxdur.

Eyni zamanda bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pulköçürmə sistemlər ilə banklardan kənara 57,3 min ədəd əməliyyatüzrə 36,4 milyon manat vəsait köçürülüb. Bu isə 2025-ci ilin eynidövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 25,9 min ədəd vəya 31,1% az, vəsait həcmi üzrə isə 100 min manat və ya 0,3%çoxdur.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardankənara köçürmələr üzrə bir ödənişin məbləği 635,7 manata bərabərolub ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən199,7 manat və ya 45,8% çoxdur.

Məqalədə:
Избранный
49
6
az.trend.az

7Источники