RU

ABŞ İranda "kürd planı"nı işə salır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), çox güman ki, İranda daxili münaqişəni qızışdırmaq üçün kürd silahlı dəstələrinə silah verir.

Qaziler.az bildirir ki, bu barədə  CNN məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İran müxalifəti və kürd liderləri ilə onlara mümkün hərbi yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparır.

İrandakı kürd qüvvələrinin yaxın gələcəkdə ölkənin qərbindəki quru əməliyyatlarına qoşulması gözlənilir. Amerikalı rəsmilərdən biri qeyd edib ki, indi belə bir hərəkət üçün əlverişli bir fürsətdir.

Mənbənin sözlərinə görə, Vaşinqtonun planı kürd qüvvələrini İran təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya salmaqdır.

QAZİLER.AZ

Избранный
26
qaziler.az

1Источники