RU

Bu şəxslərin hərbi xidmətə göndərilməsində güzəştlərin verilməsi təklif edilir

Bakı. Trend:

Müəyyən yaşa qədər idmançılar sistemdə qalır, lakin 17 yaşdansonra, məktəbi bitirdikdən sonra bir qismi ali məktəbə qəbul olubtəhsilini davam etdirir, digər qismi isə hərbi xidmətə yollanır.Halbuki dünya və Avropa çempionatlarında iştirak etmək də vətənəxidmətdir.

Trend xəbərverir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti FəridMansurov Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart –Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdədeyib.

F.Mansurov bildirib ki, dünya və Avropa çempionatlarında fərdiidman növlərində hər çəki dərəcəsində əsasən bir idmançı iştirakedir:

“Nəticə qazanan idmançı, adətən, imtiyazla Azərbaycan DövlətBədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olur, lakin digərperspektivli atletlər sistemdən kənarda qalır. Onlar hərbi xidmətəgetdikdə isə biz faktiki olaraq həmin idmançını itirmiş oluruq. Buda peşəkar idmanda rəqabətin zəifləməsinə, ardıcıl nəsildəyişiminin pozulmasına gətirib çıxarır.

Nəticədə bəzi federasiyalar, xüsusilə nəticə verən aparıcıfederasiyalar, məcbur qalaraq legioner idmançılara müraciətedirlər. Bu məsələ qanunvericiliklə müəyyən meyarlar və limitlərçərçivəsində tənzimlənsə, aidiyyəti dövlət qurumları ilərazılaşdırılmış mexanizm qurulsa, daha səmərəli nəticə əldə etməkolar”.

Избранный
49
1
az.trend.az

1Источники