RU

Avarçəkmə həvəskarları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yürüşə qatılıblar

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib.

AKAF-dan AZƏRTAC-a bildirilib ki, tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcıların iştirak etdiyi yürüşdə əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar.

Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
3
azertag.az

7Источники