RU

Yaxın Şərqdə gərginlik artır

ABŞ-nin Yaxın Şərq üzrə baş komandanı bildirib ki, İsrail və ABŞ-ın İranın dərinliklərindəki hədəflərə zərbələri, eləcə də İranın Körfəz ətrafında hücumları səbəbindən Vaşinqtonun İrana qarşı əməliyyatı planlaşdırılandan daha tez başlayıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, beş gündür davam edən müharibə qlobal bazarlara da ciddi təsir göstərib.

20 mindən çox uçuş ləğv edilib, aviaşirkətlər və turizm sektoru ciddi itkilərlə üzləşib. Bir sıra ölkələr Yaxın Şərqdə qalan vətəndaşlarını təxliyə etməyə başlayıb.

İsrail ordusu İranın raket buraxılış məntəqələrini, hava hücumundan müdafiə sistemlərini və digər hərbi infrastrukturunu hədəf aldığını açıqlayıb. İran isə ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə raket və dron zərbələri endirib.

ABŞ admiralı Bred Kuper bildirib ki, əməliyyatların ilk 24 saatı miqyasına görə 2003-cü ildə İraq müharibəsinin başlanğıc mərhələsindən iki dəfə böyük olub.

Qeyd edək ki, İran müharibəni “təxribatçı hücum” adlandırıb və əsas obyektlərinə zərər yetiriləcəyi təqdirdə bölgədəki iqtisadi mərkəzləri vuracağı ilə hədələyib.

Tehran həmçinin Hörmüz boğazından keçən gəmilərin hərəkətini dayandırıb ki, bu da dünya enerji bazarlarında ciddi risklər yaradıb.

Избранный
40
cebheinfo.az

1Источники