Amerikalı müğənni-aktrisa Selena Qomezin əri və musiqi prodüseri Benni Blanko gigiyenik olmaması və çirkli ayaqları ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müğənninin pərəstişkarları sosial şəbəkələrdə "boşanma ərizəsini yazmalısan" kimi tənqidi fikirlər səsləndiriblər.
Selena Gomez bütün bunlara cavab olaraq yeni podkastı zamanı ərinin çirkli ayaqlarını öpüb. O bildirib ki, hər gün Benni Blankoya daha çox aşiq olur.
Qeyd edək ki, cütlük ötən il ailə həyatı qurub.
Aynur Babazadə