RU

İranda dəyişikliyi ancaq daxili qüvvələr edə bilər Keçmiş MKİ rəhbəri

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ ordusunda təxminən 40 il xidmət etmiş, Devid Petraus – Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru, ABŞ-nin İraq və Əfqanıstandakı qüvvələrinin sabiq komandiri Tramp administrasiyasının İrandakı əməliyyatlar, uğurlar və itkilərlə bağlı yanaşmasına münasibət bildirib.

General Qərb mediasına müsahibəsində qeyd edib ki, administrasiya əməliyyatların nəticələri barədə müəyyən açıqlıq nümayiş etdirir. Onun sözlərinə görə, ali lider Əli Xamenei və digər yüksək rütbəli şəxslərin qətli ilə bağlı nəticələri indidən proqnozlaşdırmaq çətindir.

“Varis ortaya çıxmayınca və yeni ali lideri tanımayınca, onun praqmatik, yoxsa iki sələfi kimi daha qatı ideoloq olub-olmadığını bilməyincə qiymətləndirmə aparmaq çətindir”, – Petraus vurğulayıb.

Generalın sözlərinə görə, İran iyunda İsraillə 12 günlük müharibə zamanı etdiyi kimi, kütləvi zərbələri koordinasiya etməyə çalışır: “Görünür, liderlər qətlə yetiriləndən sonra aşağı bölmələrə səlahiyyət verilib və öncədən təsdiqlənmiş hədəflərə qarşı tədbirlər görülür”.

Petraus bildirib ki, ABŞ və İsrailin məqsədi elə şərait formalaşdırmaqdır ki, rejimə sadiq olmayan qüvvələr daxildən dəyişiklik edə bilsin: “Prezidentin aydın dediyi kimi, ABŞ-nin, İsrailin və digər əməliyyatların məqsədi xalqın rejimi devirməsinə imkan yaradacaq şərait formalaşdırmaqdır. Bunun real olub-olmayacağını isə zaman göstərəcək”.

Bundan sonra nə baş verə bilər? İslam İnqilabı Keşikçiləri Korpusu güclənə bilərmi, dini isteblişmentdə parçalanma baş verə bilərmi, yoxsa alternativ güc mərkəzi yarana bilər?

General hesab edir ki, rejim dəyişikliyi yalnız daxili qüvvələr hesabına mümkün ola bilər. Onun fikrincə, sıravi iranlıların nə silahı, nə təşkilatlanması, nə də real hərbi gücü var: “Bu dəyişiklik yalnız rejim daxilindəki elementlərdən gələ bilər. Hərbi güc üzərində monopoliyaya malik olan, liderlik imkanları olan qüvvələr rejimin bəzi üzvlərini kənarlaşdıraraq xalqı bir araya gətirə bilər. Belə vəziyyətlərdə daha çox silahı və daha sərt davranışa meyilli olan tərəf adətən üstünlük qazanır”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
azpolitika.info

1Источники