RU

Premyer-liqa klubu bu futbolçuya ''əzələyə işləməyə'' qadağa qoydu

Premyer-liqa təmsilçisi ''Vest Hem'' maraqlı bir qadağa ilə gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, londonluların çalışdırıcısı Nuno Eşpirito Santo Adama Traoreyə trenajor zalında məşq etməyə qadağa qoyub!

Daha öncə ''Barselona'', ''Aston Villa'', ''Midlsbro'', ''Vulverhempton'', ''Fulhem''də top qovan və Traore futbol dünyasında fiziki göstəriciləri, eləcə də əzələləri ilə tanınır. Futbolçunun fiziki durumuna diqqət çəkən təcrübəli mütəxəssis onun artıq əzələlərini genişləndirməyə ehtiyacının olmadığını söyləyib:

''Traorenin bu fiziki göstəriciləri onun genindən irəli gəlir. Artıq onun idman salonunda əlavə olaraq vaxt keçirməsinə ehtiyac yoxdu. Ona trenajor zalından uzaq durmağı məsləhət gördüm. Məncə, bu məsələyə ciddi yanaşmalıdı. Traore zalda uzaqbaşı zədələrdən qorunmağa hesablanmış hərəkətlər edə bilər. Ondan fərqli olaraq gənc oyunçuların trenajor zalına getməsinə ehtiyac var. Məsələn, bunlardan biri 18 yaşlı müdafiəçimiz, İngiltərənin U-19 yığmasında oynayan Ayridas Qolembekisdi. Əzələlərini inkişaf etdirməlidi. Ona görə də trenajor zalında mümkün qədər çox vaxt keçirməlidi''.

Bu qış 2,5 milyon avroya ''Vest Hem''ə transfer olunan 30 yaşlı Traore yeni klubunda hələ ki, 5 oyunda aktivinə qol və ya məhsuldar ötürmə yaza bilməyib.
Избранный
117
1
football-plus.az

2Источники