RU

Molla rejimi hakimiyyəti deyil, xalqı düşünməlidir


Artıq bir neçə gündür ki, Birləşmiş Ştatlar və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Son bir neçə gün ərzində İrana endirilən zərbələr nəticəsində minlərlə dinc sakinin öldüyü iddia olunur. Bunun qarşılığında isə İran rejimi təslim olmaq niyyətində olmadığını nümayiş etdirir. Tehran da cavab olaraq ABŞ-ın Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, İraq və s. ölkələrdəki bazalarına raket zərbələri endirir ki, bu da çoxsaylı insan tələfatına yol açır.

İran ətrafında baş verənlərə diqqət çəkən politoloq Arzuman Muradlı Newscenter.az-a bildirib ki, istənilən ölkəyə, o cümlədən İrana qarşı bu dərəcədə genişmiqyaslı hərbi əməliyyat qəbuledilməz olsa da, lakin İslam Respublikası da baş verənlərdən nəticə çıxarmalı, günahsız insanları qırğına verməkdən çəkinməlidir:

"Problemin danışıqlar yolu ilə həlli məqsədilə Birləşmiş Ştatlar təşəbbüs göstərib, bir neçə mərhələdə İranla danışıqlar aparsa da, lakin Tehran uranın zənginləşdirilməsi inadından geri çəkilməsi və irəli sürülən şərtlərə əməl etmədi. Nəticədə gözlənilən, eyni zamanda arzu edilməyən hadisələr yaşandı".

Arzuman Muradlı qeyd edib ki, indiki mərhələdə İran rejimi günahsız insanların qətlinə səbəbkar olmaq əvəzinə, problemin danışıqlar yolu ilə həllinə çalışmalıdır:

"Çünki İranın bu müharibədən qalib ayrılmaq şansı yoxdur. Nə qədər gec deyil Tehran günahsız insanların ölməməsi üçün inadından geri çəkilib yenidən danışıqlar masasına otursun. Əks təqdirdə İran xəritədən silinə bilər. Çünki ABŞ və İsrail hərbi gücü qarşısında İranın uzun müddət duruş gətirəcəyi inandırıcı deyil".

Süleyman
Избранный
113
1
newscenter.az

2Источники