ABŞ adminstrasiyası İrandakı kürd müxalif qruplarla gizli danışıqlar aparır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
İddiaya görə, danışıqların məqsədi İran daxilində hakimiyyətə qarşı etiraz və mümkün üsyanların təşviq edilməsi üçün yerli silahlı və siyasi qrupların potensialından istifadə etməkdir.
Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsi onları ölkə daxilində üsyanların təşkili üçün istifadə etməyi planlaşdırır.
Telegram kanalımız