RU

Hörmüz boğazı bağlanmaq təhlükəsi qarşısında: Dünya bazarında xam neftin qiyməti artır

Bakı. Trend:

28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları və İranınhəmin gün ABŞ-ın körfəz ölkələrindəki hərbi bazalarına və İsrailəcavab zərbələri başlaması ilə dünya bazarında neftin qiymətisürətlə artmağa başlayıb. Belə ki, xam neftin bir barelininqiymətində orta hesabla 10%-lik artım qeydə alınıb və hazırdaqiymət 80 dollar civarındadır.

Xam neftin dünya bazarında qiymətinin artmasının əsassəbəblərindən biri, dünyanın enerjisinin təxminən 20%-ni təmin edənkörfəz ölkələrindən xam neft və karbohidrogenlərin daşınmasındayaranan risklərdir. Körfəz ölkələrindən dünya bazarlarına çıxışnöqtəsi isə hər zaman diqqət mərkəzində olan Hörmüz boğazıdır.Təxminən 39 kilometr enində olan bu boğazın şimalında İran,cənubunda isə BƏƏ və Oman yerləşir. İran tərəfi hazırda boğazdatəhlükəsizlik tədbirlərini gücləndirib və bəzi tankerlərin keçidinəmüxtəlif arqumentlərlə məhdudiyyətlər tətbiq edir.

2 martda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıdakeçirdiyi mətbuat konfransında boğazın İran tərəfindənbağlanmadığını bəyan edib və bu marşrutdan keçməyə cəhd edən birsıra tankerlərlə bağlı ekoloji problemlərə görə tədbirlərgörüldüyünü bildirib. O, hadisələrin bu fonda davam edəcəyitəqdirdə İranın fərqli addımlar ata biləcəyini də diqqətəçatdırıb.

Digər tərəfdən, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari dahasərt açıqlama ilə çıxış edib. O bildirib ki, İranın təhlükəsizliyitəhdid olunarsa, boğazdan neft daşınmasına imkan verilməyə bilər vəbu halda neftin qiyməti 80 dollardan 200 ABŞ dollarına qədəryüksələ bilər.

Sözügedən açıqlamalar fonunda İranın Hörmüz boğazında keçidlərüzərində ciddi nəzarət imkanlarına malik olduğu və gərginliyinartması ilə daha sərt qərarların gündəmə gələ biləcəyi ehtimalolunur.

Hörmüz boğazından əsas neft təminatçıları – Səudiyyə Ərəbistanı,BƏƏ, Küveyt, İraq və İran – xam neft ixrac edir. Boğazın bağlanmasıhalında körfəzdə hasil olunan neftin dünya bazarlarına çıxışı ciddişəkildə məhdudlaşa bilər. Hörmüz boğazı vasitəsilə ixrac olunan xamneftin böyük hissəsi Asiya bazarlarına yönəlir. Çin, Yaponiya,Hindistan və Cənubi Koreya kimi ölkələr neft tələbatlarının böyükhissəsini məhz bu regiondan təmin edir.

Eyni zamanda Hörmüz boğazı yalnız xam neft üçün deyil, həm dəLNG daşımaları üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Qətərinistehsal etdiyi mayeləşdirilmiş təbii qazın böyük hissəsi bumarşrut vasitəsilə Asiya bazarlarına ixrac olunur. Boğazın tam vəya qismən bağlanması enerji bazarlarında kəskin təlatümə, əsasistehsalçı ölkələrdə enerji çatışmazlığına və qlobal tədarükzəncirində ciddi pozuntulara səbəb ola bilər.

Son üç gün ərzində Hörmüz boğazında yaranan məhdudiyyətlər dünyabazarında xam neftin qiymətinə ciddi təsir göstərib. Bu, onu deməyəəsas verir ki, proses davam edərsə, təklifin azalması fonundaqiymətlərdə əlavə artım müşahidə oluna bilər. Bu isə qlobalinflyasiya təzyiqlərini gücləndirə və xüsusilə enerji idxalındanasılı olan ölkələrin iqtisadiyyatına əlavə yük yarada bilər.

Məqalədə:
Избранный
48
1
az.trend.az

2Источники