RU

Ançelotti mövsümü erkən bitirən Brazliya millisinin futbolçusu ilə bağlı paylaşım edib

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti zədə səbəbindən mövsümü erkən başa vuran və dünya çempionatından kənarda qalan "Real"ın hücumçusu Rodriqo Qoesə dəstək paylaşımı edib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı sosial şəbəkə hesabında yazıb: 

"Bu müddətdə hər addımda səninləyik. Güclü ol, Rodriqo".

Qeyd edək ki, Rodriqonun La Liqanın 24-cü turu çərçivəsində baş tutan "Xetafe" ilə matçda sağ ayağında ön çarpaz bağ və yan menisküsünün cırılıb. Onun sağalması 10 ay çəkə bilər. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
sport24.az

1Источники