RU

Belçika Fransanın nüvə daşıyıcılarını öz ərazisində yerləşdirə bilər

Belçika Fransanın nüvə silahı ilə təchiz olunmuş təyyarələrini öz aviabazalarında yerləşdirə bilər.

Musavat.com-un məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo RTL-ə verdiyi müsahibədə açıqlayıb:

"Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilən və nəticədə Belçika da daxil olmaqla digər Avropa ölkələrinə tətbiq etmək niyyətində olan Fransa nüvə qalxanı konsepsiyası mənə yaxşı bir fikir kimi görünür. Praktikada bu, nüvə silahı ilə təchiz olunmuş Fransa təyyarələrinin Belçika aviabazalarından istifadə edə biləcəyi anlamına gələ bilər".

Qeyd edək ki, Makron martın 2-də milli nüvə əleyhinə tədbirlərlə bağlı verdiyi açıqlamada səkkiz Avropa ölkəsinin Parislə birgə nüvə əleyhinə tədbirlərdə əməkdaşlıq etmək istəklərini ifadə etdiyini açıqlayıb. Bunlar Almaniya, Birləşmiş Krallıq, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarkadır.

Musavat.com

Избранный
44
musavat.com

1Источники