Amerika və Ekvador hərbçiləri narkokartellərə qarşı birgə əməliyyatlara başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın səhifəsində paylaşılan məlumatda deyilir:
"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda siyahıya alınmış terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların narkoterrorizm şəklindəki şərlə mübarizəyə sadiqliyinin bariz nümunəsidir".