RU

KİV: “Hizbullah” Hayfadakı İsrail hərbi-dəniz bazasına raket zərbəsi endirib

BAKI, 4 mart. TELEQRAF

Livanın şiə silahlı qruplaşması “Hizbullah” İsrailin Aralıq dənizi sahilində yerləşən Hayfa şəhərindəki hərbi-dəniz bazasına raket zərbəsi endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı qruplaşmanın bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda bildirilib ki, “Hizbullah” Hayfadakı hərbi-dəniz bazasını raketlərlə hədəfə alıb.

Bundan başqa, qruplaşma tərəfdarlarının İsrail əsgərlərinin cəmləşdiyi Kfar-Yuval yaşayış məntəqəsi istiqamətində də bir neçə raket buraxdığı iddia olunub.

Hücum nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Избранный
45
teleqraf.com

1Источники