RU

Qulaqlıqlardan çox istifadə karlığa səbəb ola bilər

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Səs səviyyəsi 60 desibeldən yüksək olan musiqini bir saatdan artıq dinləmək məsləhət görülmür".

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Darya Xarina "Abzas" saytına açıqlamasında bildirib.

O, yüksək səslə musiqi dinləməyin karlığa səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən deyib ki, eşitmə qabiliyyətini qorumaq üçün hər 60 dəqiqədən bir qulaqlıqlardan istifadəni dayandıraraq fasilə vermək vacibdir. Onun sözlərinə görə, səs səviyyəsi nə qədər yüksək olarsa, qulaqlıq istifadəsinə bir o qədər tez-tez ara verilməlidir.

Həkim qulaqlarda yarana biləcək infeksiya riskinə də diqqət çəkib. O qeyd edib ki, qulaqlıqlardan fasiləsiz istifadə qulaqda bakteriya və göbələklərin yaranmasına səbəb ola bilər. Çünki davamlı istifadə infeksiyaların asanlıqla inkişaf edə biləcəyi qapalı mühit yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
1
oxu.az

2Источники