RU

Sevdiyi qızdan “yox” cavabı alan hokkeyçi həyatına SON QOYDU – FOTO

Tatarıstanda 27 yaşlı hokkeyçi sevgi acısına görə intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Tatarıstanda yerli hokkeyçinin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib. Məlumata görə, 27 yaşlı Bulat adlı idmançı nakam sevgi səbəbindən həyatına son qoyub.

Gənc idmançı uzun illər idi ki, peşəkar səviyyədə hokkeylə məşğul olurdu və təmsil etdiyi komandanın heyətində müxtəlif nüfuzlu mükafatlar qazanmışdı.

Lakin şəxsi həyatında eyni uğuru qazana bilməyən gənc, sevdiyi qızın qəlbini fəth edə bilmədiyi üçün dərin psixoloji sarsıntı keçirib.

Hadisədən əvvəl Bulatın güclü iztirablar çəkdiyi və sonda bu çarəsizliyə dözməyərək canına qəsd etdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
121
interpress.az

1Источники