ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.