RU

Türkiyə İran məsələsində vasitəçilik yolları axtarır » AzadMedia.az


Türkiyə İran məsələsi üzrə mümkün vasitəçilik təşəbbüslərini müzakirə edir. Bu barədə martın 3-də Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazirin sözlərinə görə, Ankara regionun bir sıra aktorları ilə praktikada həyata keçirilə biləcək ideyalar üzərində danışıqlar aparır.
“Hazırda regional aktorlarla praktikada reallaşdırıla biləcək bir sıra ideyaları müzakirə edirik. Təfərrüatlara varmaq istəmirəm, müzakirələr davam edir”, – deyə o bildirib.
XİN rəhbəri qeyd edib ki, İran və ABŞ arasında danışıqların bərpası üçün tərəflərə inandırıcı arqumentlər təqdim olunmalıdır.
“Ümid edirəm ki, İranın yeni rəhbərliyi vəziyyəti ayıq şəkildə qiymətləndirə və danışıqların bərpası üçün ortaq nöqtələr tapa biləcək”, – deyə Hakan Fidan vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin yazında ABŞ və İran arasında nüvə sazişi ilə bağlı beş raund danışıqlar keçirilib. Bu ilin fevral ayında isə tərəflər daha üç raund görüş təşkil ediblər.
Избранный
32
1
azadmedia.az

2Источники