RU

''Beşiktaş''ın 6 milyonluq transferi gözdən düşüb

''Beşiktaş''ın bu mövsümkü transferlərindən olan Taylan Bulutun Türkiyə karyerası hələ ki, uğursuz keçir.

"Football-plus.az" xəbər verir ki, bu cinah müdafiəçisi ötən yay ''Şalke-04''dən 6 milyon avro qarşılığında böyük ümidlərlə heyətə cəlb olunmuş və onunla beşillik müqavilə imzalanmışdı. Amma Taylan Bulut artıq o qədər gözdən düşüb ki, şans qazanmamaq bir yana, heç iştirak ərizəsinə də salınmır. Onun adı Türkiyə çempionatında son 3 turda iştirak ərizəsinə salınmayıb. Sağ cinahdakı rəqabətdə onsuz da Gökhan Sazdağıya uduzan Taylanın bu qış Amir Murilyonun gəlişi ilə oynamaq şansı bir qədər də azalıb.

Əslində bu qış rəhbərliyin sağ müdafiəçi transfer etmək niyyəti yox idi. Amma ümumilikdə nə Gökhan gözlənilən oyunu sərgiləyirdi, nə də Taylan. ''Marsel'' Murilyonu əsas komandadan kənarlaşdırdığından İstanbul nəhəngi yaranmış fürsəti dəyərləndirmək qərarına gələrək panamalını heyətinə qatdı.

Sonuncu dəfə fevralın 5-də ölkə kubokunda ''Kocaelispor''la matçda 90 dəqiqə oynayan Taylan Bulutun gələcək aqibəti maraq doğurur. Böyük ehtimalla o, yayda başqa kluba icarəyə veriləcək.

''Şalke-04''ün yetirməsi olan bu futbolçu cari mövsümdə ''ağ-qaralar''da cəmi 9 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yazıb.

Избранный
19
1
football-plus.az

2Источники