RU

Müdafiəçi Premyer Liqa klubundan getmək istəyir

“Tottenhem”in müdafiəçisi Mikki van de Ven yeni müqavilə ilə bağlı danışıqlardan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 24 yaşlı niderlandlı futbolçuya daha yaxşı şərtlərlə 5 illik müqavilə təklif etməyi planlaşdırsa da, o, komandanın hazırkı vəziyyətinə görə gələcəyi barədə müzakirə aparmaq istəməyib.

Premyer Liqada uğursuz mövsüm keçirən “Tottenhem” hazırda düşmə zonasını cəmi 4 xal qabaqlayır.

Müdafiəçi ilə “Liverpul”, “Real” və “Barselona” yaxından maraqlanır.

Избранный
13
idmanxeber.az

1Источники