RU

“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda – qiymətdə endirim var

Premyer Liqanın 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Bu haqda Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun biletlərinin qiymətində endirim olub. “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Избранный
3
6
idmanxeber.az

8Источники