RU

İlk dəfə het-trik etdi

Lamin Yamal peşəkar karyerasında ilk dəfə het-trik edib.

"Football-plus.az" xəbər verir ki, tarixi uğur İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən “Vilyarreal”la matçda (4:1) qeydə alınıb. 

“Barselona”nın 18 yaşlı futbolçusu ilk het-trikini bu komandanın forması ilə çıxdığı 140-cı matçda reallaşdırıb. Yeniyetmə hücumçu rəqib qapısına üç dəfə yol taparaq komandasının qələbəsində böyük rol oynayıb.

“Opta”nın məlumatına görə, Yamal bu nailiyyəti ilə 21-ci əsrdə İspaniya çempionatında het-trik edən ən yeniyetmə futbolçu kimi tarixə düşüb. Əlavə edək ki, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxan Lamin 16 qol və 13 məhsuldar ötürmənin müəllifi olub.

Избранный
55
3
football-plus.az

3Источники