Oruc tutarkən baş ağrısı çox yayılmış haldır. Xüsusilə ilk günlərdə daha çox olur.
Medicina.az əsas səbəbləri təqdim edir:
Susuzluq
Gün ərzində su içilmədiyi üçün bədən susuz qala bilər. Bu da baş ağrısı yaradır.
Şəkərin düşməsi
Uzun müddət yemək yeməmək qanda şəkərin azalmasına səbəb ola bilər. Bu zaman:
baş ağrısı
halsızlıq
əsəbilik
əllərdə titrəmə ola bilər.

Kofeini birdən kəsmək
Əgər gündəlik çay, kofe çox içirsinizsə, orucda birdən dayandırmaq “kofein çəkilmə ağrısı” yarada bilər.
Təzyiq dəyişməsi
Bəzi insanlarda oruc zamanı arterial təzyiq düşə bilər.
Nə etmək olar?
İftar və sahurda bol su için (birdən yox, hissə-hissə).
Sahurda duzlu və çox şirin qidalardan uzaq olun.
Zülal və lifli qidalar (yumurta, qatıq, yulaf və s.) yeyin.
Kofe içirsinizsə, orucdan əvvəl tədricən azaldın.
Günorta saatlarında çox gün altında qalmayın.

Nə zaman həkimə müraciət etməli?
Ağrı çox şiddətlidirsə
Qusma, görmə pozğunluğu, keyimə varsa
Təzyiq çox düşürsə
Keçmişdə miqren varsa və ağrılar artıbsa
Aygün
Medicina.az