Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhid olmazdan öncə istifadə etdiyi avtomobil sosial şəbəkələrdə maraq və kədər hissi ilə qarşılanıb.
Avtosfer.az xəbər verir ki, generalın idarə etdiyi “Mitsubishi” markalı, 90-VT-116 dövlət nömrə nişanlı avtomobilin görüntüləri paylaşıldıqdan sonra izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub. Kadrlarda avtomobilin hazırkı vəziyyəti əks olunub və bu mənzərə bir çox vətəndaşı duyğulandırıb.
Qeyd edək ki, Polad Həşimov 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, göstərdiyi şücaətə və xidmətlərinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Sosial şəbəkə istifadəçiləri paylaşılan görüntülərə münasibət bildirərək generalın xatirəsinin daim əziz tutulduğunu vurğulayıblar. Bir çox şərhlərdə onun sadəliyi, vətənpərvərliyi və şəxsi nümunəsi xüsusi qeyd olunub.
Eltac
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.