RU

"Sevinməyin, üçüncü qadağa siyahısı da var"

"Heç kim sevinməsin, üçüncü qadağa siyahısı da var". 

Musavat.com xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev sosial şəbəkədə yazıb. O, efir qadağası qoyulan məşhurlardan bəhs edib: 

"İkinci siyahı da yayımlandı. İndi bir çox müğənnilər sevinir. Amma heç də sevinməyin, sakit oturun. Sizin qalmaqallarınız da oradadır və nə müəllimləriniz, nə də dostlarınız sizi o siyahıdan çıxara bilməz. Çünki hər birinizdə bayağılıq var və cəmiyyətdə yaxşı nümunə olmamısınız – qalmaqal və söyüşlərlə gündəmə gəlmisiniz. Ona görə də hələ tələsməyin. Bunun üçüncü hissəsi də var".
Qeyd edək ki, Manşet.az efir qadağası qoyulan məşhurlar deyə ikinci siyahı yayımlayıb. İddiaya görə, aşağıdakı müğənni və sənət adamlarına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:
Vəfa Şərifova
Təranə Qumral
Musa Musayev
Pərvin Abıyeva
Əli Mirəliyev
Aytac Vidadi qızı
Meyxanaçı Samirə
Fərəh Samirəqızı
Ayan Babakişiyeva
Müjgan Ayxan
Aşıq Mübariz
Türkan Vəlizadə
Aytac Tovuzlu
Yaşar Qafanlı
Afaq Aslan
Sevil İsgəndərli
Elşən Xəzər
Elit star Cəmilə
Rəqqasə Aygün
Müğənni Luna
Arzu Abdulova
İsrail Məmmədov
Günel Ələkbərova (“Pişik Günel”)
Səma Abdullayeva
Səbinə Abdullayeva
Firuzə Babayeva
Arzuxanım Həsənova
Aygül Səfərova
Niqa Yılmaz
Meydan Əsgərov

Избранный
9
yenilik.az

1Источники