ain.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 3 mart, AZƏRTAC
Almaniya hökuməti İrandakı müharibə ilə əlaqədar Dubayda qalan vətəndaşlarının ilk qrupunu ölkəyə gətirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, alman turistləri gətirən “Emirates” aviaşirkətinə məxsus ilk təyyarə Frankfurt aeroportuna enib. Axşam saatlarında isə Münxenə daha bir qrup vətəndaşın gətirilməsi gözlənilir.
Yaxın Şərqdə istirahətdə olan və ya regiondakı hava limanlarını tranzit mərkəz kimi istifadə etmək istəyən on minlərlə insan vəziyyətin gərginləşməsi ilə əlaqədar bölgədən çıxa bilmir. Alman Səyahət Agentliyinin (DRV) məlumatına görə, təkcə alman turizm şirkətlərinin təxminən 30 min müştərisi vəziyyətlə əlaqədar region ölkələrində qalıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.