RU

"Səs tellərimin üstündə şiş var idi"

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl yayılan ölüm xəbərindən danışıb.

Milli.Az xəbər verir ki, ifaçı "Qonaqcanlı" proqramına açıqlamasında bunları deyib:

"Səs tellərimin üstündə şiş var idi. Kəsilib götürüldü. Əməliyyat olunduğum gün verilişdə olmalıydım. Amma gedə bilmədim. Köməkçim veriliş heyətinə 5 saniyəlik video atdı ki, həqiqətən xəstəxanadayam. Onlar da pis məqsədlə yox, məlumat məqsədilə paylaşdılar. Başqa bir dırnaqarası sayt götürüb yazdı ki, Orxan ölüb. Şükür ki, həmin xəbər yayılan zaman valideynlərim, ailəm yanımda idi. Kənarda olsaydılar nə olardı bilmirəm. Valideynlərim yaşlı insanlardır".

Milli.Az

Избранный
3
milli.az

1Источники