RU

Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq EKSPERT

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hacıbəy Heydərli: “Prezidentin sərəncamı uşaqların rəqəmsal təhlükəsizliyi üçün tarixi addımdır”

Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması ilə bağlı imzaladığı sərəncam rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə aktual mövzulardan biridir. Müasir dövrdə uşaqların sosial şəbəkələrə və onlayn platformalara çıxış imkanları artdıqca, onların informasiya təhlükəsizliyi diqqət mərkəzinə çevrilir.

Bu baxımdan, qəbul edilən qərar rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir. 

Media eksperti Hacıbəy Heydərli Sherg.az-a Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması ilə bağlı imzaladığı sərəncamın olduqca mühüm olduğunu deyib:

"Uzun müddətdir sosial şəbəkələrdə uşaqların psixologiyasına mənfi təsir göstərə biləcək məzmunların paylaşıldığının şahidi olurduq. Eyni zamanda qeyri-etik paylaşımlar da uşaqların psixologiyasına və onların sağlam formalaşmasına mənfi təsir göstərirdi.

Bu məsələ təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində də müzakirə olunur və gündəmdədir. 

Bu baxımdan, sözügedən sərəncamı alqışlayır və Prezidentə minnətdarlığımı bildirmək istəyirəm ki, məhz belə bir məqamda bu addım atılıb". 

Ekspert məktəblərdə telefon və planşetlərdən istifadə qaydaları ilə bağlı da dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu vurğulayıb:

"Təəssüf ki, artıq bəzi hallarda uşaqlar dərsdən daha çox telefona və sosial şəbəkələrə maraq göstərirlər. Düşünürəm ki, bu addım həm də cəmiyyətin sifarişidir. Valideynlər uzun müddətdir bu məsələ ilə bağlı narazılıqlarını ifadə edirdilər.

Eyni zamanda sərəncama əsasən məktəb proqramlarına kibertəhlükəsizlik və virtual risklərlə bağlı mövzuların daxil edilməsi də nəzərdə tutulur. Bu da çox vacib məsələdir. XXI əsr süni intellekt dövrüdür. Media savadlılığı kimi mövzular uşaqlara artıq məktəb yaşlarından aşılanmalıdır ki, onlar bu sahədə maariflənsinlər.

Ümid edirəm ki, yaxın aylarda sərəncamdan irəli gələn tapşırıqlar icra olunacaq. Azərbaycan sosial şəbəkə mühitində müsbət dəyişikliklərin şahidi olacağıq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
sherg.az

1Источники