RU

“Deputatların, nazirlərin arvadları 2-3 maşın sürür, amma…” – Hafiz Hacıyev OD PÜSKÜRDÜ

Heç bir qadın, heç bir xanım aliment almaq üçün boşanıb özünün, uşaqlarının gələcəyini puç eləməz. Boşanmış qadına verilən aliment nə qədərdir ki, hələ ona görə də boşansınlar. Millət vəkilləri xalqın sosial problemlərindən danışsın. Boşanmaların səbəbini qadınların üstünə atmaq Milli Məclisin ayıbıdı.

Bu sözləri Tribuna.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Fazil Mustafanın parlamentin iclasında qadınların aliment üçün boşanması ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, Fazil Mustafa parlamentdə qadınların işsizlikdən, sosial problemlərdən boşandığını deməli idi:
“Fazil Qəzənfəroğlu deməli idi ki, qadınlar işsizlikdən, problemlərdən, evsizlikdən boşanır. Gənclərimiz evlənib kirayələrdə yaşayır. Ev almaq mümkün deyil. İş tapa bilmirlər. Uşaq dünyaya gəlir, gənclərin vəziyyəti daha da ağırlaşır. Uşaq pulu verilmir, normal maaş verilmir. Fazil Mustafa bunları niyə demir?
Necə olur ki, deputatların, nazirlərin arvadları 2-3 maşın sürə bilir, ancaq bir adi vətəndaş, adi bir xanım bir aylıq maaşı ilə güclə dolanır.
Qadınlar düşdükləri çətinliyə görə, sosial problemlərə gör ayrılmaq məcburiyyətində qalırlar.
Deputatlar oturub orada boş-boş mövzular müzakirə edir, lazımsız söhbətlər edirlər. Uşaq pulunun verilməsini müzakirə etsinlər, sosial problemlərdən danışsınlar, gənclərin işsiz, evsiz qalmasını gündəmə gətirsinlər”.

Избранный
22
yenilik.az

1Источники