RU

"TotalEnergies" "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi barədə məlumat verib

Bakı. Trend:

"TotalEnergies", SOCAR və XRG hazırda “Abşeron” qaz-kondensatyatağının işlənməsinin ikinci mərhələsini öyrənir.

Trend xəbər verirki, bunu bu gün "TotalEnergies" şirkətinin baş vitse-prezidentiMartina Opizzi Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasınazirlərin 12-ci iclasında bildirib.

“Abşeron” TotalEnergies, SOCAR və XRG arasında beynəlxalqtəcrübəni güclü milli və regional tərəfdaşlarla birləşdirən sıx vəuzunmüddətli əməkdaşlıq sayəsində əldə edilə bilən nəticələrinbariz nümunəsidir. SOCAR və XRG ilə birlikdə hazırda “Abşeron”yatağının işlənməsinin ikinci mərhələsini öyrənirik. Bu yataq Xəzərdənizində 45–450 metr dərinlikdə yerləşən qaz yatağıdır. Hasilata2023-cü ilin iyul ayında başlanılıb və istehsal ilk gündən etibarənsabit qalaraq yüksək etibarlılıq və sənaye təhlükəsizliyinin yüksəksəviyyəsini nümayiş etdirir ki, bu da gələcək inkişaf üçün möhkəməsas yaradır”,- deyə o bildirib.

Opizzi qeyd edib ki, ikinci mərhələ (yatağın tammiqyaslıişlənməsi) iki əsas komponenti əhatə edir.

Onun sözlərinə görə, birinci komponent üç sualtı quyununqazılmasını və 114 kilometr uzunluğunda çoxfazalı dəniz borukəmərlərinin çəkilməsini nəzərdə tutur.

“İkinci komponent isə məhsulun həm daxili, həm də beynəlxalqbazarlara tədarükə hazırlanması üçün nəzərdə tutulmuş qazın emalıüzrə quruda yerləşən emal qurğusunun tikintisini əhatə edir. Bu,Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və onunetibarlı regional qaz təchizatçısı kimi rolunun güclənməsinə töhfəverəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər Bakı Metropolitenində texnikinasazlıqlar və texniki baxış zərurəti səbəbindən qatarlarınhərəkətində gecikmələr müşahidə olunub.

Məqalədə:
Избранный
121
az.trend.az

1Источники