RU

Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırmaqla yanaşı siyasi dəstək qazanıb ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Bu gün Azərbaycanın enerji istehsalı və tranziti potensialı onun dünyada söz sahibi olmasını təmin edir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının iclasına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılması onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırmaqla yanaşı, siyasi dəstək qazanıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin dosent-doktoru, beynəlxalq iqtisadi münasibətlər üzrə mütəxəssis Merve Suna Özel Özcan deyib.

O bildirib ki, dünyada baş verən gərgin geosiyasi proseslər, müharibələr Avropada enerji böhranı yaradıb.

“Belə bir dövrdə Azərbaycanın Avropaya qaz ixracını artırmaq niyyəti rəsmi Bakının etibarlı tərəfdaş olmasını göstərir. Azərbaycan qazı Türkiyə üzərindən Avropaya ixrac edilir. İki dost və qardaş ölkənin həyata keçirdikləri layihələr Avropa üçün önəmlidir. Bu baxımdan hər iki dövlətin Avropadan siyasi dəstək və regionda təhlükəsizliyin təmin olunması üçün addımlar atmasını gözləməyə haqqı var. 2027-ci ildə Azərbaycan Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırıb. Bu çox böyük rəqəmdir və qitə üçün də mühüm əhəmiyyətə malikdir. Avropanın maliyyə institutları da Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün sərmayəni artırmalı, interkonnektorların mühafizəsini gücləndirməlidir. Türkiyə istər Bakı-Tbilisi-Ərzurum, istərsə də Cənub Qaz Dəhlizinin Türkiyədən keçən hissəsinin təhlükəsizliyini təmin edir”, - deyə mütəxəssis qeyd edib.

Yaxın gələcəkdə Mərkəzi Asiya Respublikalarının karbohidrogen ehtiyatlarının Azərbaycan və Türkiyə üzərindən Avropaya ixrac edilə biləcəyini deyən ekspert vurğulayıb ki, bunun üçün Avropa İttifaqı sərmayə yatıraraq infrastruktur layihələrin reallaşmasına nail olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
81
1
azertag.az

2Источники