RU

Görən heç kim 47 yaşımın olmasına İNANMIR

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Rəqqasə Fətəliyeva sosial şəbəkədə ünvanına yazılan mənfi rəylərə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, sənətçi xarici görünüşü ilə bağlı müzakirələrə münasibət bildirərək, heç kimdən necə göründüyü barədə fikir istəmədiyini deyib.

O, vurğulayıb ki, paylaşdığı videoda gözəlliyindən danışmayıb və bu mövzunun qabardılmasını doğru hesab etmir: "Mən sizdən necə göründüyümü soruşmamışam. Videomda da gözəlliyimdən bəhs etməmişəm".

47 yaşında olduğunu xatırladan Fətəliyeva canlı görənlərin əksəriyyətinin ona bu yaşı vermədiyini bildirib. "1-2 nəfər yalan fikir söyləyə bilər, amma məni yaxından görən heç kim heç vaxt yaşımı vermir".

Sənətçi ailəsi ilə fəxr etdiyini də xüsusi vurğulayıb: iki oğlu, bir qızı və iki nəvəsi olduğunu bildirərək, əsas qazancının övladları olduğunu deyib. "Güzgü gözəl şeydir, baxıram və şükür edirəm", - sözləri ilə o, həyatından razı olduğunu ifadə edib.

Estetik müdaxilələrə də toxunan rəqqasə bunun şəxsi seçim olduğunu deyib: "Ola bilər nəsə edilib, amma elə insanlar var ki, çox estetik etdirirlər, yenə də bir faydası olmur. Yaşlandıqca üzümə nur gəlir, xain deyiləm. Yazdıqlarınız deyil, qəlbimin təmiz olması məni gözəl göstərir".

Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici sənətçiyə dəstək versə də, mövzu ətrafında fərqli fikirlər səsləndirilməyə davam edir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
news.milli.az

10Источники