RU

KİV: İranın yeni müdafiə naziri də öldürüldü

İsrail Müdafiə Ordusu Tehranda yüksək vəzifəli İran komandirinin öldürüldüyünü bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Tehranda yüksək vəzifəli İran komandirinə zərbə endirib, ətraflı məlumat daha sonra veriləcək", - bəyanatda bildirilib.

İsrailin 12-ci kanalının yaydığı məlumata görə isə, öldürülən şəxs İranın yeni müdafiə naziri Məcid İbn Əl-Rzadır.

İran tərəfi hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, dünən general Məcid İbn Əl-Rza İranın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra edən təyin edilmişdi.

Bizim.Media

Избранный
1
4
bizim.media

7Источники