RU

Millimiz Şimali Makedoniyaya qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.

“Dalğa Arena”da təşkil olunan görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Saat 15:00-da başlayan qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanıb.

Oyun milli komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatı - 2027, seçmə mərhələ

C Liqası, I tur

Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) - 2:0

Qollar, Sevinc Cəfərzadə, 27, 78

“Dalğa Arena”. Saat 15:00

Baş hakim: Anna Adamska

Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak

Dördüncü hakim: Mixalina Diakov

(Hakimlər briqadası Polşadandır)

Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)

UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)

"Samsunspor"un Konfrans Liqasındakı rəqibi bəlli olub - YENİLƏNİB

Avropa Liqasının püşkü atılıb - YENİLƏNİB

ÇL: “Qalatasaray”ın rəqibi bəlli oldu - YENİLƏNİB

AL: “Fənərbaxça” mübarizəni dayandırdı - YENİLƏNİB

KL: "Samsunspor" 1/8 finalda - YENİLƏNİB

Избранный
2
1
apasport.az

3Источники