RU

Kəpəz” “Sumqayıt”ı 39 dəqiqəyə nokauta saldı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kəpəz (Gəncə) – Sumqayıt 3:0 (3:0)33. Yusif İmanov – 6,014. Adama Fofana – 5,529. Dioqo Verdaska (k) – 5,54. Mate Abuladze – 5,07. Ehtiram Şahverdiyev – 6,012. Mahamadu Ba – 6,0(99. Əli Səmədov, 58) – 5,024. Olavale Onanuqa – 5,510. Ryonosuke Ohori – 6,5(17. Ümid Səmədov, 78) – qiymətsiz77. Fərid Nəbiyev – 5,5(23. Fərid Kələntərov, 78) – qiymətsiz11. Rəhman Hacıyev – 5,5(6. Camal Cəfərov, 78) – qiymətsiz9. Luis Paçu – 7,0(21. Sadiq Şəfiyev, 67) – 5,0Ehtiyat oyunçular22. Məmməd Hüseynov81. Elgün Bayramov20. Elcan Əbilov66. Arzu AtakişiyevBaş məşqçi: Azər BağırovKomandanın ən yaxşısı: Luis Paçu1. Mehdi Cənnətov – 4,580. Keffel Resende – 5,0(97. Vüsal Paşayev, 66) – 5,033. Daniel Beskorovaynı – 5,572. Rayan Senhadji – 5,575. Nadir Orucov – 5,071. Masaki Murata – 5,0(95. Nsana Simon, 46) – 5,56. Sedrik Badolo – 5,5(21. Nihad Əhmədzadə, 66) – 5,010. Nikola Ninkoviç – 4,58. Səbuhi Abdullazadə (k) – 6,029. Emil Mustafayev – 5,5(11. Aleksa Yankoviç, 46) – 5,57. Rüstəm Əhmədzadə - 5,5(24. Sənan Muradlı, 75) – 5,0Ehtiyat oyunçular22. Xəyal Fərzullayev12. Murad Ağamalıyev3. Höccət Haqverdi37. Nihad Orucəli25. Abdul Raşid MuminiBaş məşqçi: Saşa İliçKomandanın ən yaxşısı: Səbuhi AbdullazadəQollar: R.Ohori, 2 (1:0, M,Ba). L.Paçu, 18 (2:0, E.Şahverdiyev). L.Paçu, 39-p. (3:0).Vərəqələr: M.Ba, 13 (qeyri-idman hərəkəti). E.Mustafayev, 35 (qeyri-idman hərəkəti). Y.İmanov, 45+3 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 45+3 (qeyri-idman hərəkəti). N.Orucov, 56 (qeyri-idman hərəkəti) – sarı. N.Ninkoviç, 62 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev (hamısı Bakı).VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).Hakim-inspektor: Ramil Diniyev (Bakı).AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).27 fevral. Yevlax. Şəhər stadionu. 300 tamaşaçı (6000 yerlik).Hər hissəyə 4 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,0.Turun açılış matçında “Sumqayıt”ı qəbul edən “Kəpəz” bu dəfə “Karvan-Yevlax”ın uğursuz mövsüm keçirməsinə arxalana, premyer-liqada qalmağın yolunu bu komandanın sonuncu sıraya pərçimlənməsində tapa bilməzdi. Çünki Fizuli Məmmədovun komandası bu dəfə “Qəbələ” ilə qarşılaşacaq, aradakı xal fərqinini artmasına imkan verməmək üçün əlindən gələni əsirgəməyəcəkdi. “Sarı-göylər” üçün bundan yaxşı motivasiya tapmaq çətin məsələ idi. Ancaq qələbə qazanmaq üçün “Sumqayıt”ın da yetərincə ciddi səbəbləri var idi. Hansını deyək? Avrokubok hədəfi, yoxsa komandanın son 7 oyunda cəmi bir qələbə qazanmasını? Artıq bunda məna axtarmağa dəyməz. Çünki mövsümün birinci yarısında əksər rəqiblərinə əzələ nümayiş etdirən “kimyaçılar” bu matçda da cılız göründü. Özü də ilk saniyələrdən. Yoxsa Banın ötürməsini qəbul edəndən sonra Beskorovaynı ilə Nadirin təzyiqinə rəğmən, rahatlıqla cərimə meydançasına daxil olub “çərçivə”ni dəqiq nişan alan Ohori komandasını hələ 2-ci dəqiqədə sevindirə bilməzdi. Tədricən hadisələrin axarına nəzarəti ələ almağa çalışan “Sumqayıt” 12-ci dəqiqədə qola yaxınlaşsa da, fürsəti puç etdi. Buna Nadirin diqqətsizliyi üzündən topu ələ keçirib dərhal bəxtini sınayan Emilin Yusiflə bacarmaması səbəb oldu. İş ondadı ki, “Kəpəz”in 19-cu dəqiqədə reallaşdırdığı hücum da qolla nəticələndi. Hər şey Resendenin topu itirməsiylə başladı. Ardından Onanuqanın yiyələndiyi top Ehtirama, sonuncunun qapıya paralel ötürməsi sayəsində cərimə meydançasına çatdı. Burda fürsət gözləyən Paçu isə baş zərbəsiylə adını tabloya yazdırdı. İnsaf naminə növbəti təhlükəli vəziyyətləri “kimyaçılar”ın yaratdığını vurğulamalıyıq. Sadəcə, Beskorovaynının qeyri-dəqiqliyi, təxminən 20 metr məsafədən bəxtini sınayan Badolonun Yusiflə bacarmaması qonaqları əliboş qoydu. Bir qədər sonra qonaqlar daha bir pis sürprizlə üzləşdi: Rəşad Əhmədov “nöqtə”ni göstərdi. Ona görə ki, Mehdi rəqibin ilk iki qolunda “pay sahibi” olması azmış kimi, dubl etməyə çalışan Paçunu kobud müdaxilə ilə dayandırdı. Bu səbəbdən təyin edilən penaltini dəqiq yerinə yetirən braziliyalı Cənnətovu cəzalandırdı. Yəni 39-cu dəqiqədə fərq darmadağın həddinə çatdı. Əslində 2-ci hissə üçün yenə hansısa intriqadan danışmaq olardı. Lakin bu dəfə də Ninkoviç komandasını məyus etdi: Paçunun ayağına zərbə endirən serbiyalı ikinci “sarı”yla üzləşdiyindən 62-ci dəqiqədə meydandan qovuldu. İkinci yarıda buna qədər Paçu Mehdiylə bacarmamışdısa, 83-cü dəqiqədə Camal topu tora qovuşdurdu. İş ondadı ki, meydan sahiblərinin sevinci cəmi bir neçə saniyə çəkdi. Axı Camalın oyundakənar vəziyyətdə olduğu üzə çıxdı. Hər halda, “Kəpəz” böyükhesablı qələbə sayəsində 22-ci turu “Karvan-Yevlax”dan 9 xal, “Qəbələ”dən 1 pillə öndə tamamladı. “Sumqayıt” isə ya Saşa İliçlə dirçəlməli, ya da radikal dəyişikliyə əl atmalıdı. Yoxsa ilk “dördlüy”ə qayıtmaq mümkünsüz olacaq.Gözdən qaçmadı// “Kəpəz”in “Ultras Kəpəz” və “Xəmsə”, “Sumqayıt”ın “Kimyaçılar” fanklubları tribunada idi. Gəncəli azarkeşlər rəqiblə yanaşı, “Qarabağ” və “Neftçi”nin ünvanına təhqiramiz şüarlar səsləndirdi. İş o həddə çatdı ki, hüquq-mühafizə orqanları və “sarı-göylər”n mətbuat xidmətin rəhbəri Gəray Qiyasov ağır söyüşlərə görə tərəfdarlara xəbərdarlıq etdi.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

2Источники