RU

Donald Trampın qardaşı qızı İrana endirilən zərbələri PİSLƏDİ

Donald Trampın qardaşı qızı ABŞ-nin İrana zərbələrini pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Meri Tramp “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp (Mary Trump) rəsmi Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları və bu zərbələrə bəraət qazandıranları kəskin şəkildə qınayıb. O, bu addımların ədalətli olmadığını bildirərək, ABŞ-ın hazırkı siyasətini müdafiə edənlərə öz etirazını bildirib.

“Mən bunu əsaslandırmağa və bəraət qazandırmağa çalışan hər kəsə meydan oxuyuram”, — deyə Meri Tramp vurğulayıb.

Qeyd edək ki, Meri Tramp mütəmadi olaraq əmisi Donald Trampın apardığı siyasətə qarşı tənqidi fikirləri ilə gündəmə gəlir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
71
interpress.az

1Источники