RU

Peyk fotoları ABŞ nin Beşinci Donanmasının bazasına dəyən ziyanı üzə çıxardı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Peyk görüntüləri ABŞ-nin Bəhreyndəki Beşinci Donanmasının bazasında genişmiqyaslı dağıntıları təsdiqləyib. Bu baza regionda ən böyük ABŞ hərbi bazasıdır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib.

Əldə edilən məlumatlara görə, bazadakı bir neçə bina İran qüvvələrinin hücumları nəticəsində tamamilə dağılıb. Bu görüntülər hərbi əməliyyatlar zamanı bazanın infrastrukturuna dəyən ziyanın vizual sübutudur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
oxu.az

1Источники