Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik.
Bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.
“Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Avropada birjada təbii qazın qiyməti 2023-cü ilin yanvar ayından bəri ilk dəfə 1 min kub metr üçün 700 dolları ötüb.