RU

"Red Bull" Kloppu işdən çıxarır - SON DURUM

"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp "Red Bull"un futbol direktoru vəzifəsindən ayrıla bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" qəzeti yayıb.

Nəşrin məlumatına görə, Avstriya şirkəti alman mütəxəssisin işindən narazıdır. Klopp müəyyən idarəetmə qərarlarına görə tənqid olunur. Onu hazırda "Kristal Palas"a rəhbərlik edən Oliver Qlasnerin əvəz edəcəyi bildirilib. 

Yürgen Klopp "Red Bull"a 2025-ci ilin yanvar ayında, "Liverpul"dan ayrılmasından altı ay sonra qoşulub.

58 yaşlı mütəxəssisin xidmətlərində "Real Madrid"in maraqlı olduğu bildirilir.

Избранный
4
1
fanat.az

2Источники