RU

Premyer Liqada yerimizi qoruyaq, qalan hər şeyi boş verin!

Premyer Liqada ilk mövsümünü keçirən «İmişli»nin məqsədi bəribaşdan bəllidir - burada qalmaq.

Bu, Jorj Kaşkilyadan rəhbərliyin birinci tələbidir.

Portuqaliyalı komandanı qarşısına qoyulan hədəfə uyğun oynadır. Ona baxımlı futbol maraqlı deyil ta. Təki liqada yerlərini təmin eləsinlər, digər məsələlər ikinci dərəcəlidir.

Rəqib qapısına tərəf zərbə endirmədən xal qazanmağı yalnız «İmişli» bacara bilər. «Turan Tovuz»la onların qarşılaşmasını yalnız bir cümlə ilə xarakterizə etmək olar - daş qayaya rast gəldi.

Debütant praqmatik futbolu ilə avrokubok iddiaçısını büdrətdi.

«Qəbələ»nin etdiyi səhvi təkrarlamadılar. Rəqibi bir qədər irəlidə qarşılasaydılar, nəticə fərqli olacaqdı, azı 2-3 top görəcəkdilər qapılarında.

Nəticə baxımdan götürsək, «İmişli»nin seçdiyi kurs doğrudur. Qələbəsizlik seriyasının 3 ayı ötməsi Kaşkilyanı bir o qədər narahat etmir.

Əsas odur ki, heç-heçələr hesabına xal ehtiyatını 21-ə çatdırıblar.

Daha 5-6 kifayətdir ki, liqada yerlərini təmin eləsinlər. Ondan sonra rahat futbol oynayacaqlar.

ELXAN

Избранный
13
sportinfo.az

1Источники