RU

Tarixin 3 martı...

Bu gün tarixin vərəqlərində 3 martdayıq.

Hit.az bildirir ki, bu gündə də dünyada çox sayda mühüm hadisələr yaşanıb.

Əvvəla qeyd edək ki, 3 mart dünyada Beynəlxalq Yazıçılar və Ümumdünya Vəhşi Təbiət Günüdür. Həmçinin, bu tarixdə bir sıra əlamətdar proseslər baş verib. Eyni zamanda, ölkəmiz və dünyada bəzi mühüm şəxsiyyətlərin doğum, eləcə də vəfat tarixləri 3 marta təsadüf edir. Elə isə tarixin 3 martını xatırlayaq...

3 martda nələr baş verib?

1845-ci ildə Florida ABŞ-nin 27-ci ştatı olub. 1924-cü ildı Osmanlı xilafətinin xəlifəsi II Əbdülməcidin devrilməsi ilə 407 illik İslam xilafəti ləğv edilib. 2020-ci ildə Argentina, Çili, Lixtenşteyn və Ukraynada ilk dəfə COVID-19-a yoluxma qeydə alınıb.

3 martda doğulanlar:

1904-cü ildə aktyor, əməkdar artist Abbas Rzayev, 1912-ci ildə yazıçı, əməkdar incəsənət xadimi Manaf Süleymanov, 1926-cı ildə şairə, əməkdar incəsənət xadimi Hökumə Billuri, 1929-cı ildə mühəndis-texnoloqu, akademik Fəzilə Səmədova, 1937-ci ildə yazıçı Fərman Kərimzadə, 1947-ci ildə aktyor, əməkdar artist Novruz Qartal, 1980-cı ildə paracüdoçu, Avropa və dünya çempionu İlham Zəkiyev, 1995-ci ildə voleybolçu Yelizaveta Səmədova dünyaya gəlib.

Dünyada isə 1847-ci ildə amerikalı ixtiraçı Aleksandr Bell, 1860-cı ildə rusiyalı kimyaçı Aleksey Favorski, 1895-ci ildə norveçli iqtisadçı Raqnar Friş, Norveç iqtisadçısı, 1917-ci ildə misirli nüvə fiziki Samirə Musa, 1935-ci ildə Bolqarıstanın demokratik yolla seçilən ilk prezidenti Jelyu Jelev, 1938-ci ildə italiyalı animator Bruno Bozzetto, 1966-cı ildə Rusiyanın baş naziri Mixail Mişustin, 1986-cı ilə türkiyəli sabiq futbolçu Mehmet Topal doğulub.

3 martda vəfat edənlər:

1930-cu ildə sabiq deputat Əşrəf bəy Tağıyev, 1975-ci ildə aktyor, əməkdar artist Əliheydər Ələkbərov, 1982-ci ildə fransız yazıçı Jorj Perek, 1999-cu ildə alman fizik Gerhard Hersberq, 2009-cu ildə amerikalı aktyor Sidney Erl Çaplin, 2013-cü ildə türkiyəli müğənni Müslüm Gürsəs və 2016-cı ildə rus aktrisa Natalya Kraçkovskaya vəfat edib.

Pərviz

Избранный
10
hit.az

1Источники