RU

Şəhidlərin intiqamını alacağıq SEPAH generalı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Düşmən davamlı və dərs çıxaran hücumlar gözləməlidir. Cəhənnəmin qapıları hər an Amerika və sionist rejimin üzünə getdikcə daha çox açılacaq".

"Unikal" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Nayeini deyib. 

General "Həqiqi Vəd 4" əməliyyatı zamanı İran İslam Respublikasının hərbi cavab tədbirləri prosesindən danışıb: "Zərbə nisbəti fövqəladə idi. Bu, düşmənin hesablamalarından kənar idi deyə onları heyrətləndirdi. 

İslam İnqilabı Keşikçiləri Korpusu öz missiyalarını güclə, heç bir fasiləsiz davam etdirir və heç bir narahatlıq yoxdur. Əməliyyat coğrafiyası əməliyyat və taktiki səviyyələrdə qüvvələr komandirləri, əyalət komandirləri və döyüş bölmələri tərəfindən tamamilə özünə güvənərək idarə olunur.

İslam İranının millətinə əminlik verirəm ki, şəhid Pakpurun yoldaşları və SEPAH-ın cəsur oğulları Allahın lütfü ilə əziz İranımızın düşmənlərini tam və ibrətamiz şəkildə məğlub edənə qədər bu şəhidlərin qanının intiqamını alacaqlar".

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
unikal.az

1Источники