RU

Arda Turanın ''Şaxtyor''u ev oyununu Türkiyədə keçirmək istəyir!

Arda Turanın çalışdırdığı ''Şaxtyor'' Ukrayna çempionatının 18-ci turunda evdə ''Veres''i 1:0 hesabı ilə məğlub etdi. Lider olan Donetsk nəhəngi 1 oyun artıq keçirməklə ən yaxın rəqibi LNZ-dən 3 xal öndədi.

"Football-plus.az" xəbər verir ki, Arda Turan matçın ardından keçirilən mətbuat konfransında maraqlı bir iddia səsləndirib. Bilindiyi kimi ''Şaxtyor'' Konfrans Liqasının 1/8 finalında ''Lex''ə rəqib olub. Komanda buna qədər Avropa arenasında ev oyunlarını əsasən Polşada keçirirdi. Amma Polşa klubuna qarşı ev oyununu Polşada keçirmək məntiqsizdi.

Türkiyəli mütəxəssis bu dəfə ev matçını Türkiyədə keçirmək istədiklərini bildirib:

''Lex''ə qarşı oyunu Krakovda yox, İzmirdə keçirmək istəyirik. Əminəm ki, Türkiyə xalqı da bizə əla dəstək verəcək. Polşa klubu ilə Polşada qarşılaşmaq istəmirəm. Oyunu Türkiyəyə salmaq üçün əlimizdən gələni edəcəyik. ''Lex'' yaxşı komandadı və başında da təcrübəli məşqçi dayanıb. Amma biz də KL-də sona qədər getmək və bu turniri qazanmaq arzusundayıq''.

Qeyd edək ki, cütün ilk oyunu martın 12-də ''Lex''in meydanında, cavab oyunu isə martın 19-da ''Şaxtyor''un meydanında keçiriləcək.
Избранный
12
football-plus.az

1Источники