RU

Hakan Fidan: İranın ABŞ bazalarına zərbələri genişmiqyaslı regional böhran riskini artırır

Bakı, 3 mart, AZƏRTAC

İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələri genişmiqyaslı regional böhran risklərini artırır.

AZƏRTAC xəbər verir ki, “Yeni Şafak” qəzeti bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb. “İranın regiondakı ABŞ bazalarına birbaşa zərbələri bu münaqişənin daha böyük regional böhrana çevrilmə ehtimalını artırır. Digər bir problem isə Hörmüz boğazıdır. Boğazın bağlanması qlobal maliyyə və enerji bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb olacaq ki, bu da ABŞ-ni təcili tədbirlər görməyə məcbur edə bilər”, - deyə nəşr Hakan Fidandan iqtibas gətirib.

Nazirin sözlərinə görə, hazırkı şəraitdə ən pis ssenari münaqişənin şiddətlənməsi və həm İranı, həm də bütün regionu bürüyəcək qeyri-sabitliyin yaranmasıdır.

Избранный
11
2
azertag.az

3Источники