RU

"O, 1921-ci ildən zədəlidir" - Antonio Konte

"Napoli"nin baş məşqçisi Antonio Konte heyətdəki zədələr səbəbindən yaranan problemlərdən istehzalı şəkildə danışıb.

Fanat.Az xəbər verir ki, o, A Seriyasının 27-ci turunda "Verona" ilə oyundan sonrakı açıqlamasında üzləşdikləri çətinliklərə diqqət çəkib. 

"TuttoMercatoWeb" təcrübəli mütəxəssisin fikirlərini belə təqdim edib:

"İlk hissədə bir neçə qol şansı yaratdıq, amma bəzən əks-hücumlarda bir az tələsirdik. Top Hölunda çatanda daha aqressiv olmalı idik. Unutmayaq ki, hücum xəttimiz çox gəncdir. Daim həll yolları və rotasiya variantları axtarırıq. David Neresin 1921-ci ildən bəri zədəlidir (gülür). Baxmayaraq ki, o, əvvəllər əla oyunçu idi. Hazırkı şərtlərlə barışmalıyıq. Verqara yaxşı iş görür. Alisson Santosu ayrıca qeyd edim. O, heç vaxt "Sportinq"də əsas heyətdə yer almayıb. Bizə gəldi və dərhal start heyətində yer aldı. Ona görə də özümüzə bir neçə sual verməliyik. Hətta bəlkə də minnətdarlıq sözlərini də eşitməliyik".

Qeyd edək ki, Neapol təmsilçisi son turda "Verona"nı 2:1 hesabı ilə məğlub ediblər.

Mirağa

Избранный
9
1
fanat.az

2Источники